Bakı metrosunda sərnişin vəfat etdi

Səhər saat təxminən 06:30-da yaşlı bir kişi “Əhmədli” metrostansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib.

Bu barədə Yenicag.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya həkim çağrılıb.