Bu gün saat 7 radələrində Bakı metropoliteninin “Koroğlu” stansiyasının platformasında “Alov” parkı istiqamətində 5 dəqiqə ərzində sərnişin sıxlığı müşahidə edilib.
Bu barədə Yenicag.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, həmin vaxt stansiyanın həmin istiqamətdə olan bütün çıxış qapıları açıq olub: “Sərnişinlər həmin qapıları rahatlıqla tərk ediblər”.
B.Məmmədov əlavə edib ki, hər bir sərnişindən metropolitendən istifadə qaydalarında əks olunan tələblərə riayət etmələri xahiş edilir: “Tələblər bundan ibarətdir ki, həm metropoliten işçiləri, həm də sərnişinlər platformada və qatarlara minərkən bərabər paylanmaya diqqət etməlidirlər. Bu baxımdan belə vəziyyətlərin yaranmaması üçün sərnişinlərimizdən qaydalara riayət etməyi rica edirik”.