Bakı metrosunda TANQO sürprizi: Master klass olacaq

Noyabrın 8-də saat 17:00-da III Bakı Tanqo Festivalı çərçivəsində “İçərişəhər” stansiyasında Bakı sakinləri üçün tanqo şousu təşkil olunacaq.

Bakı Metropoliteni QSC-dən Yenicag.az-a verilən məlumata görə, bu şou noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində təşkil olunacaq.

Şounun gedişində Azərbaycanın peşəkar “tanqo” ifaçıları “tanqo”yla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün master klasslar da təşkil edəcəklər.

“Tanqo” həvəskarı olan şəhərimizin sakinləri və qonaqları “İçərişəhər” stansiyasına dəvətlidirlər.