!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda təhlükəsizlik gücləndirilib

!Reklam – Yazi

????????????????????????????????????

Son günlər Bakı metrosunda təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu gün günün ikinci yarısından etibarən metronun bütün stansiyalarında polis ciddi yoxlamalara başlayıb.

Sərnişinlər bir-bir yoxlanılır, çantalarına baxış keçirilir. Polis əməkdaşları tərəfindən çantalarda təhlükəli əşyaların olub-olmaması araşdırılır.

Metronun “Sahil”, “İçəri şəhər”, “28 May”, “Nəriman Nərimanov”, “Əzizbəyov”, “Neftçilər” stansiyalarının giriş qapılarında dayanan polislər sərnişinlərin çantalarını yoxlamadan içəri buraxmırlar.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi stansiyalarda sıxlığa səbəb olub.

Bakıda “Formula 1” yarışlarının keçiriləcəyi günlərdə metro polisi gücləndirilmiş iş rejimində çalışacaq.

www.yenicag.az

633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv