Bakı metrosunda təşviş: Qatarlar boşaldıldı – SƏBƏB/AÇIQLAMA

Bu gün səhər saatlarında metro stansiyasında həyəcan yaşanıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, metronun “Elmlər Akademiyası” stansiyasında sərnişinlərə qatardan enmələri tapşırılıb. Sərnişinlərin növbəti qatara da minmələrinə icazə verilməyib.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Bir neçə saat əvvəl “Elmlər Akademiyası” stansiyasında maşinist qatarda texniki nasazlıq aşkar edib. Sərnişinlər düşürülüb və  qatar boş yola salınıb. Həmin qatarın ardınca isə sınaq qatarı xəttə buraxılıb. Sınaq qatarı da sərnişinsiz yoxlanılmalı olduğuna görə boş gedib. Bu da sosial şəbəkələrdə yanlış məlumatların yayılmasına rəvac verib. Heç bir təhlükəli məqam yaşanmayıb”.

Cəvahir

COP29