!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda üç nəfər huşunu itirdi - FOTO

!Reklam – Yazi

Bu gün Bakıda 3 nəfər huşunu itirib.

Yenicag.az xəbər verir ki, metronun “Gənclik” stansiyasında bir gənc qız və bir oğlan huşunu itirib.

Huşunu itirən hər iki şəxsə ilkin tibbi yardım göstərilib və onlar toparlandıqdan sonra yollarına davam ediblər.

Metronun “Azadlıq”metro stansiyasında da bir qadın özünü pis hiss edib. Metropoliten əməkdaşları xanımı oturacaqların üzərinə uzadıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, xanım sərnişinlərdən biri metronun “Azadlıq” stansiyasının platformasında özünü pis hiss etdiyini deyib:

“Metropoliten əməkdaşları xanıma ilkin yardım göstərib. Sərnişin özü təcili tibbi yardım briqadasının çağırılmasını istəməyib. Özünə gəldikdən sonra yoluna davam edib”.

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv