Bakı metrosunda yeni aparatlar-Foto

94030“Bakı Metropoliteni” QSC-nin metrostansiyalarında hesabın doldurulması və keçid üçün yeni terminal və turniketlərin quraşdırılmasına başlanıb.

Yenicag.az report-a istinadən xəbər verir ki, hazırda Metropolitenin 20 Yanvar stansiyasında yeni avadanlıqların quraşdırılması prosesi həyata keçirilir.

Məlumata görə, yeni kartın qiyməti 2 manat olacaq və onlar ilkin mərhələdə hazırda istismarda olan kartlarla yanaşı istifadə ediləcək. Sonrakı mərhələdə köhnə kartlar vətəndaşlardan təhvil alınacaq.