2024-cü ilin yanvar ayında Bakı metropoliteninin xidmətindən istifadə edən sərnişinlərin 489 761 nəfərini ödənişsiz istifadəçilər təşkil ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Qeyd olunub ki, 2024-cü ilin ilk ayında Bakı metropoliteni 17 252 693 sərnişin daşıyıb və bu, orta statistik hesabla gün ərzində 556 538 sərnişin deməkdir.
Ən çox sərnişin daşınan gün yanvarın 12-si olub – 687 779. Yanvarın 14-ü metropolitenə ən az sərnişin daxil olan gündür – 351 455.
Pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə (7,1% az), keçən ilin yanvar ayına nisbətən (0,3% az) metropoliten 2024-cü ilin ilk ayında daha az sərnişin daşıyıb.