Bakı metrosunu partladan Azər Aslanov əfv edilməyib – YENİLƏNDİ

Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən şəxsin əfvə düşməsi barədə yayılan məlumat düz deyil.

Yenicag.az xəbər verir ki, metro partlayışı ilə əlaqədar həbsdə olan şəxs Aslanov Azər Məhərrəm oğlu yox, Aslanov Azər Salman oğludur.

Sərəncama əsasən, əfvə düşən Aslanov Azər Məhərrəm oğlunun ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

1972-ci il təvəllüdlü A.Aslanov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

***

1994-cü ilin martında Bakı metrosunun “20 Yanvar” stansiyasıda, iyul ayında isə “28 May” və “Gənclik” stansiyaları arasında terror aktı həyata keçirən Azər Aslanov əfv edilib.

Yenicag.az xəbər verir ki, ömürlük həbs cəzası verilən terrorçu Azər Aslanovun cəza müddəti prezident İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın 3-cü bəndinə uyğun olaraq 25 ilə endirilib.

Qeyd edək ki, həmin terror aktı nəticəsində 27 nəfər həlak olmuş, 107 nəfər yaralanmışdı.