Bakı metrosunun bu departamentinə yeni rəis təyin edildi

Şaban Kamal oğlu İmkani “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Kommunikasiya departamentinin rəisi təyin edilib. 

Yenicag.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.

Şaban İmkani 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb.

2008-2020-ci illərdə Azərfon şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.

2022-2023- cü illərdə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil mərkəzində Əlaqə mərkəzi mövzusunda pedaqoji fəaliyyətlə məşğul olub.
2025-ci ilin 3 fevral tarixindən “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib.