!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunun interval PROBLEMİ: Qatarlar niyə gecikir? – SƏBƏBLƏR

!Reklam – Yazi

“Bakının Baş planında 2040-cı ilə qədər olan dövr üçün prioritet vəzifələrdən ən öndə olanı xətlərin ayrılması məsələsidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında günün pik saatlarında metropolitendə ən minimal intervalların tətbiq olunmasının mümkünlüyü barədə danışan Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, mövsümqabağı verilən məlumatda da bildirilmişdi ki, bu gün metropoliten texniki imkanlarının ən optimal həddində sıx hərəkət qrafiki, yəni ən mümkün ən minimal intervallar tətbiq olunacaq.

“Metropolitenin əsas problemi ondan ibarətdir ki, yaşıl və qırmızı xətlər “28 May” stansiyasında kəsişir və “Həzi Aslanov” istiqamətində yalnız birxətli hərəkət təşkil olunur. Bu səbəbdən əsas axın istiqamətlərinə uyğun olaraq metropolitendə tətbiq oluna biləcək intervallar bugünkü reallıqda olanlardır”, – deyə o bildirib.
B.Məmmədov əlavə edib ki, bu, qatar sayına bağlı olan məsələ deyil.
“Bu gün 61 qatar var, amma 61 deyil, 161 olsa belə, bu intervalı xətlərin ayrılmaması səbəbindən azaltmaq qeyri-mümkündür. Bu səbəb Bakı Metropoliteni bəlli imkanlardan-qatarların manevrdan istifadə edərək, “Neftçilər” və “Koroğlu” stansiyasından hər saatın ən sıx dəqiqəsinə uyğun olaraq qatarların geri qaytarılmasını təmin edir. Bu səbəbdən bir istiqamətdən “Koroğlu”, digər istiqamətdən “20 Yanvar” stansiyalarında ən sıx dəqiqədə sərnişin axını qismən də olsa tənzimlənməsinə nail olmağa çalışılır”, – deyə o vurğulayıb.
O əlavə edib ki, bu gün metropoliten üçün mövcud infrastrukturu daxilində ən optimal vəzifə sərnişin təhlükəsizliyini təmin edilməsidir.
“Bu səbəbdən xüsusən də platforma səviyyəsinin ifrat dərəcədə yüklənməsinə yol verilməməlidir. Buna görə də artıq girişlərdən tənzimləmələrin həyata keçirilməsi təmin olunur. Qapıların tutulub saxlanılması məsələsinə görə həm intervalların pozulması, həm də qrafikdə yubanmalara yol verilməsi müşahidə olunur. Məsələn, 20 dəqiqəyə qət olunan məsafə metropolitenin sıx şəraitində 25-30 dəqiqə qət oluna bilir”, – deyə o bildirib.

B.Məmmədov qeyd edib ki, Bakının Baş planında 2040-cı ilə qədər olan dövr üçün prioritet vəzifələrdən ən öndə olanı məhz xətlərin ayrılması məsələsidir:

“Bu layihənin həyata keçirilməsi üçün 3 vacib tərkib hissəsi var. Baş planında təsdiq olunubsa, bundan sonrakı dövrdə şəhərin əsas inkişaf istiqamətlərinə uyğun olaraq və əsas götürülməklə xətlərin ayrılması məsələsində maliyyə, texniki və insan resursları məsələsinə ciddi yanaşılmalıdır və bu üç aspektin hər biri bir-birinə sıx bağlı olmaqla araşdırmalarda və digər məsələlərin hər birində xüsusi nəzərə alınmalıdır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

116
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv