Bakı metrosunun xidmət rəisi qəfildən öldü – FOTO

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin xidmət rəisi dünyasını dəyişib.

QSC-dən Yenicag.az-a verilən məlumata görə, qurumun hərəkət xidmətinin rəisi Etibar İsayev səhər saatlarında evində qəfil özünü pis hiss edib və vəfat edib.

Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.