“Azərbaycan Hava Yolları” QSC Bakı-Moskva reyslərinin sərnişinlərinə müraciət edib.
Yenicag.az müraciəti təqdim edir:
“Hava gəmisinə yalnız reysin uçuşundan 48 saat əvvəl alınmış koronavirus (COVID-19) testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılır.
“Azərbaycan Hava Yolları” QSC-dan bildirilib ki, arayış rus və ya ingilis dillərində təqdim edilməlidir.
Həmçinin notarial qaydada təsdiq edilmiş rus dilinə tərcüməsi ilə Azərbaycan dilində arayışın təqdim olunmasına icazə verilir.
⠀
Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-clinics“