Bakı-Naxçıvan avtobus reysləri təxirə salındı

Bakı-Naxçıvan avtobus reysləri təxirə salınıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Buna səbəb İran İslam Respublikasında olan hava şəraiti və yolların vəziyyətidir.

Məlumata görə, 14 və 15 yanvar tarixlərində avtobus reysləri olmayacaq.