!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Naxçıvan-Bakı marşrutunun Ermənistandan KEÇİDİ: "Bu, doğru addımdır" - Natiq Cəfərli

!Reklam – Yazi

“Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi və sülh danışıqları ilə bağlı yeni danışıqlar raundu olacaq”.

Bunu “Azərbaycan Hava Yolları” aviaşirkətinin oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlaması fonunda artıq İranın hava məkanına ehtiyac qalmamasına münasibət bildirən Respublikaçı Alternativ (REAL) hərəkatının icra katibi Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakı-Naxçıvan-Bakı marşrutunun Ermənistan hava məkanı üzərindən fəaliyyəti ilə bağlı addım gələcəkdə bölgədə sabitlik və sülh prosesinin başlanmasına səbəb ola bilər:

“Azərbaycan və Ermənistanın bir-biri üçün hava məkanını sərnişinlərin üzünə açması bölgənin gələcəyi, həmçinin gələcəkdə baş tuta biləcək görüşlərin nəticəsi üçün ilkin addım kimi də dəyərləndirilə bilər.

Yəni, qeyd olunan yeniliyi təkcə İran-Azərbaycan gərginliyi ilə əlaqələndirmək doğru olmaz. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında görüşlərin intensivliyinin artırılması gözlənilir. Sərhədlərin dəqiqləşdirilməsi və sülh danışıqları ilə bağlı yeni danışıqlar raundu olacaq. Bu danışıqlardan öncə qarşılıqlı xoş niyyətin ifadəsi kimi hər iki ölkənin hava məkanının açılması doğru qərardır.

İran-Azərbaycan münasibətlərinə gəlincə, gərginliyin səbəbləri tamamilə fərqlidir. Yəqin ki, bu gərginliyin aradan qaldırılması üçün diplomatik gedişatlar olacaq. Gərginlik əsasən İran tərəfdən qaynaqlanır. Bu, heç də yaxşı hal deyil”.

Gülşən Şərif

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv