!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Naxçıvan sərnişin avtobusları İran ərazisindən hərəkəti ilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətində dəyişiklik yoxdur.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, avtobuslar pandemiyadan əvvəl hansı qaydada fəaliyyət göstərirdisə, indi də eyni qaydada, yəni İran ərazisindən keçməklə hərəkətini davam etdirir:

“Gün ərzində Bakıdan Naxçıvan istiqamətində 2 avtobus yola çıxır. Biləsuvar sərhəd keçid məntəqəsində sərnişinlərdən PCR test götürülür. Bu test Azərbaycan vətəndaşları üçün ödənişsizdir”.

Qeyd edək ki, hərbi mənbələrin məlumatına görə, ötən gün İran hava məkanını Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələr üçün bağlayıb. Bu istiqamətdə sərnişin təyyarələrinin hərəkətində isə məhdudiyyət yoxdur.

Xatırladaq ki, bu gün Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv