Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydalarını pozan sürücüləri cərimələyir.
Yenicag.az xəbər verir ki, bunu əks etdirən video sosial şəbəkədə yayılıb.
Bildirilir ki, özünü agentliyin əməkdaşı kimi təqdim edən şəxs dayanma-durma qaydalarını pozan sürücünün idarə etdiyi maşının şəkilini çəkərək aidiyyatı üzrə yönəldir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevə müraciət etsək də, ondan cavab almaq mümkün olmayıb.