!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Novruza hazırlaşır - Eksklüziv fotolar

!Reklam – Yazi

Hər il olduğu kimi, bu il də Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə Dənizkənarı bulvarda Novruz bayramı münasibətilə şənlik təşkil olunacaq.

Yeniçağ.az xəbər verir ki, hazırda tədbirə hazırlıq işləri gedir. Görülən işlərə nazir müavini Ədalət Vəliyev şəxsən nəzarət edir. Nazirliyinin təşkil etdiyi ənənəvi bayram tədbirində folklorumuz, bölgələrimizin Novruz ənənəsi, el sənətkarlığı nümunələri və zəngin milli mətbəximiz təqdim olunacaq.

Məlumata əsasən, tədbirdə “Şərq bazarı” da təşkil ediləcək. Bazarda əl işləri, tətbiqi sənət nümunələri sərgilənəcək. Quraşdırılan ayrı-ayrı səhnələrdə muğam ifaçıları və aşıqlar çıxış edəcəklər. Şənlik qonaqlarını həmişə olduğu kimi Bahar qızı salamlayacaq, Dədə Qorqud isə xeyir-dua verəcək. Kosa və Keçəlin baməzə söhbətləri, xalq dastanları və nağıl qəhrəmanlarının bir araya gəlməsi mərasimə xüsusi rəng qatacaq. Teatrların aktyorları, o cümlədən Azərbaycan Dövlət Kukla Teatrının bütün kollektivi müxtəlif obrazlarla paytaxt sakinlərinə unudulmaz anlar bəxş edəcəklər.

Qeyd edək ki, açılışda Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivi, Natiq Ritm qrupu, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri, Lənkəranın məşhur Nənələr qrupu çıxış edəcək, pəhləvanlar tərəfindən xalq meydan oyunları nümayiş olunacaq. Tədbir 3 gün davam edəcək.

Gülnarə Eynullaqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

1020
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv