Bakı Olimpiya Stadionu (BOS) dünyanın ən yaxşı 100 stadionu sırasına düşüb.
Yenicag.az xəbər verir ki, “FourFourTwo” nəşrinin araşdırmasına görə, 69 min 870 nəfər azarkeş tutumuna malik arena siyahıda 41-ci yeri tutur.
Dünyanın ən yaxşı stadionu Argentinadakı “La Bombonera” seçilib. Braziliyadakı “Marakana” ikinci pillədədir. İlk üçlüyü Almaniyanın “Borussiya” (Dortmund) klubunun ev oyunlarını keçirdiyi “Siqnal İduna Park” tamamlayır.