Ads by Google

hightechnic
Ads by Google

154908_res_01Bakı Olimpiya Stadionuna yeni avtobus xətti açılacaq. Bu barədə stadionun direktoru Cavid Qarayev məlumat verib.

C.Qarayev bildirib ki, bundan sonra azarkeşlər metronun “Koroğlu” stansiyasından stadiona rahat şəkildə gələ biləcəklər: “Stadionun üç nöqtəsində dayanacaq qoyulacaq. Lazımi qurumlarla danışıqlar aparılıb. Stadiona gələn azarkeşlər 15 nömrəli avtobuslardan istifadə edə biləcəklər. Stadionumuzda keçiriləcək tədbirlərdən asılı olaraq avtobusların iş qrafiki artırıla bilər. Xəttin bu həftə ərzində istifadəyə verilməsi gözlənilir”.

Qeyd edək ki, Olimpiya stadionuna getmək istəyənlər “Koroğlu” metrosundan çıxdıqdan sonra piyada hərəkət edirlər.(report)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 51
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."