!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Olimpiya Stadionunda toy olacaq?

!Reklam – Yazi

wedding-gallery-image“Bakı Olimpiya Stadionunda toy etmək üçün çoxlu müraciətlər daxil olur. Sakinlər bizimlə əlaqə saxlayaraq, toy mərasimləri keçirmək istədiklərini bildirirlər. Buna baxmayaraq, hələki real toy sifarişi almamışıq”

Bu barədə AzVision.az-a Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva bildirib.

Onun sözlərinə görə, toya hazırlaşan cütlüklər məkan seçimi edirlər: “Bakı Olimpiya Stadionuna baxanlar çox olub. Amma hələ ki, real toy sifarişimiz yoxdur. Yay fəslində Olimpiya Stadionunda toy etmək istəyən cütlüklər çox olacaq. Gənclər açıq havada toy etmək istədiklərini bildirirlər”.

C.Mehdiyeva qeyd edib ki, Bakı Olimpiya Stadionunda toy mərasimi baş tutmasa da, bu günədək xeyli sayda ad günü, banket, koperativ tədbirlər keçirilib.

“Bizdə qiymətlər çox münasibdir. Məkanın icarə qiyməti sahədən, gələn qonaqlardan, quraşdırılacaq cihazların növündən asılıdır. Buna görə qiymətlər dəyişir. Kommersiya məsələsi olduğundan bunu açıqlaya bilmirəm. Qiymətlər individual olaraq hesablanır”-deyə C.Mehdiyeva bildirib.

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv