Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Bakı Olimpiya Stadionunda yoxlama

Reklam: Sinerji Pro

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA nümayəndələri paytaxtımıza növbəti dəfə səfər edib.

Yenicag.az xəbər verir ki, budəfəki səfər Bakı Olimpiya Stadionunda ot örtüyünün vəziyyəti ilə tanışlıq məqsədi daşıyıb. Mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti müsbət qiymətləndiriblər.

UEFA Avropa Liqasının final oyununun təşkili ilə əlaqədar Əməliyyat Qrupunun Bakı Olimpiya Stadionunda yerləşən ofisində UEFA-nı təmsil edən mütəxəssislərlə AFFA-nın baş katibi Elxan Məmmədovun və Əməliyyat Qrupu üzvlərinin görüşü keçirilib, fikir mübadiləsi aparılıb. Əməliyyat Qrupunda fəaliyyət göstərən mütəxəssislər final oyununa qədər qalan müddət ərzində BOS-un ot örtüyünü yüksək səviyyədə saxlamaq üçün müvafiq işlərin görüldüyünü bildirib, bunun üçün xüsusi avadanlıqlardan istifadə olunduğunu qeyd ediblər.

www.yenicag.az

609
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM