!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı polisi 426 kq yararsız ət aşkarladı

!Reklam – Yazi

Bakıda mənşəyi məlum olmayan ət aşkarlanaraq müsadirə olunub.

Yenicag.az-ın xəbərinə görə, hadisə martın 4-də Nərimanov rayonun Təbriz küçəsində qeydə alınıb.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü E.Əliyevin “VAZ-2107” markalı avtomobilindən onun sərnişini, paytaxt sakini, 1999-cu il təvəllüdlü M.Babayevə məxsus mənşəyi məlum olmayan 426 kq ət aşkar olunaraq götürülüb.

Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir.

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv