!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı polisi qara niqabda “kişi” əli olan insanın kimliyini müəyyənləşdirdi

!Reklam – Yazi

Son bir neçə gündə “Facebook”da Bakının İzmir parkındakı skamyada oturan qara niqablı qadının fotosu paylaşılır.

Qadının qeyri-təbii dərəcədə kobud və iri əli şəbəkə istifadəçilərinin diqqətini çəkib. Fotoşəkildə üzü görünmədiyi üçün istifadəçilər onun hər hansı bir terror aktı törətmək niyyəti ilə qadın kimi maskalanmış kişi olduğunu iddia ediblər.

Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, Bakının Yasamal Rayon Polis İdarəsinin əməkdaşları dərhal sosial şəbəkədəki məlumatları cavablandırıblar. 17 oktyabrda hüquq-mühafizə orqanlarının əməkdaşları niqablı, “müəmmalı” şəxs tapıblar. O, həqiqətən, qadın imiş – yaxınlıqda yaşayan Zaqatala sakinidir.

“Onunla danışdıq. Evlidir, bəzən axşamlar İzmir parkında gəzir. Qadının əlləri bədən quruluşuna uyğundur. Buna görə üzünü dini geyimlə gizləyən kişi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”, – deyə hüquq-mühafizə işçiləri bildirib.

Polis əməkdaşlarının sözlərinə görə, istənilən cinayətinin qarşısını almaq üçün gecə-gündüz ərazini və bütün şübhəli şəxsləri yoxlayırlar. Bununla belə, polis vətəndaşları diqqətli olmağa çağırır.

www.yenicag.az

1435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv