Bakı polisindən əməliyyat: Heroin aşkarlandı

Bakıda külli miqdarda narkotik maddə aşkar edilib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan F.Həsənovdan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.