Bakı-Qazax magistralında avtobus qəzası: ölən var

131125_res_01Bakı-Qazax magistral yolunun Göygöldən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Martın 1-də saat 01 radələrində Göygöl rayonunun Topalhəsənli kəndində kənd sakini İsgəndər İsgəndərovun idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı Ərzixan Süleymanovun idarə etdiyi “MAN” markalı avtobus toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilən İ.İsgəndərov orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.