Bakı-Qazax magistralında mikroavtobus qəzaya uğrayıb, yaralılar var

Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində mikroavtobus qəzaya uğrayıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, qəza zamanı sürücü 1974-cü il təvəllüdlü Bayramov Vüqar Faiz oğlu ağır yaralanıb.

Sərnişinlərdən 1960-cı il təvəllüdlü Nəcibə Şirinova və 1957-ci il təvəllüdlü Məhruzə Tağıyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Yapdım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Yeniçağ.Az