Bakı-Qazax yolunda ağır qəza – 9 nəfər…

Bakı-Qazax magistralının Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində zəncirvari qəza olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı 2 mikroavtobus və yük avtomobili toqquşub.

Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 5-i Şirvan şəhər xəstəxanasına yerləşdirilib, 4 nəfərə isə yerində ambulator yardım göstərilib.

 

COP29