Bakı-Qazax yolunda ağır qəza – Video

106796_res_01Bakı-Qazax magistral yolunda qəza baş verib. Yenicag.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 263-cü kilometrliyində, Ağdaş rayonunun Yenicə kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Cavadov Rafiq Tofiq oğlu “KİA” markalı minik maşını ilə paytaxt istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn 1978-ci il təvəllüdlü Eminov İbrahim Niyazi oğlunun idarə etdiyi “QAZ 53” markalı yük maşınına çırpılıb.

Sonra “KİA” yoldan çıxaraq Gəncə istiqamətində hərəkət edən 1964-cü il təvəllüdlü Ələsgərov Elman Eldar oğlunun idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusunun yoluna çıxıb və ona çırpılıb.

Qəza nəticəsində “KİA”nın sürücüsü və sərnişini – 1974-cü il təvəllüdlü Bakı şəhər sakini Quliyev Azad Əliyusif oğlu, həmçinin avtobusda olan sərnişin – Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Əsədov Elvin Nizami oğlu xəsarət alıb. Onlar dərhal Ağdaş Rayon Mərkəzi xəstəxanasına aparılıb. Hazırda yaralıların vəziyyəti orta-ağır olaraq qalmaqdadır.

Qəzanın səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.