Bakı-Qazax yolunda avtomobil aşıb, beş nəfər ölüb

Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.

“Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir.

Yenicag.az