Bakı-Qazax yolunda sürücü bədbəxt hadisə nəticəsində ölüb.
Yenicag.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 191-ci kilometrliyində, yolun Kürdəmir rayonun ərazisindən keçən hissəsində baş verib.
Astara rayon sakini, 1977-ci il təvəllüdlü Bayramov İlham Nail oğlu idarə etdiyi “Mercedes” markalı 99 ZA 799 dövlət nömrə nişanlı yük maşınında nasazlıq yaranıb.
Sürücü yük maşınını yolun kənarında saxlayaraq qaldırıcı qurğu ilə maşını qaldırıb. Daha sonra o nasazlığı aradan qaldırmaq üçün maşının altında işləyərkən avtomobil qaldırıcı qurğudan düşüb. Nəticədə sürücü maşının altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.