Bakı-Qazax yolunda mikroavtobus aşıb: 7 yaralı

Bakı-Qazax yolunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Aran bürosunun xəbərinə görə, hadisə yolun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Vita” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə 7 nəfər, 2 qadın, 5 kişi xəsarət alıb. Onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına a yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.az