Bakı-Qazax yolunda qəza: 6 nəfər yaralandı

Bakı-Qazax magistral yolunda avtoqəza baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ilə Ələt qəsəbəsinin sərhədində qeydə alınıb.

Magistral yola yağ dağılması nəticəsində 6 avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan 3 nəfər Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (apa).