!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Qazax yolunda yük avtomobili aşıb

!Reklam – Yazi

скачанные файлы (4)Ağdaş rayonunda yük avtomobili aşıb, xəsarət alan var.

Hadisə bu gün saat 11:30 radələrində Bakı-Qazax magistral avtomobil yolunun 267-ci kilometrliyində, Ağdaşın Ləki qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Əliyev Məcid Sədiyar oğlunun idarə etdiyi 90 TB 135 dövlət nömrə nişanlı “TIR” markalı yük maşını yoldan çıxaraq aşıb. Məlumata görə, Bakıya mebel aparan “TIR”ın aşmasına səbəb qarşı tərəfdən eyni istiqamətdə hərəkət edən “QAZel” markalı yük maşınının qəflətən sürəti azaldaraq sağa dönməsi olub.

“TIR”ın sürücüsü qarşıdakı maşını vurmamaq üçün idarəetməni itirib və avtomobili aşırıb. Avtomobildəki mebellər yerə dağılıb. Hadisə zamanı Məcid Əliyev müxtəlif bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv