“Z/Yen Group” şirkəti dünyanın maliyyə mərkəzləri olan şəhərlərin siyahısını açıqlayıb.
“APA-Economics” xəbər verir ki, “Global Financial Centres Index” (GFCI) adlı hesabatı hazırlayarkən şirkət əsas maliyyə mərkəzlərinin rəqabətqabiliyyətliliyini öyrənir.
İlk dəfə olaraq siyahıya daxil olan Bakı 97-ci pilləsində qərarlaşıb.
Siyahının lideri Londondur. Nyu-York və Sinqapur ikinci və üçüncü yerləri bölüşürlər.
Qonşu ölkələrə gəlincə, 7 pillə irəliləyən Almatı 70-ci yerdədir. 17 pillə geriləyən Moskva və 3 pillə geriləyən Sankt-Peterburq 84 və 85-ci pillələrdə qərarlaşıblar.
GFCI “Z/Yen Group” tərəfindən 2005-ci ildən etibarən hazırlanır.