Bakı-Quba yolunda ağır qəza: ölən var

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Qubanın İqrık kəndi ərazisində “Mercedes” markalı minik maçını və mikroavtobus toqquşub.

Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.