Bakı-Quba yolunda ağır qəza: Ölən var – FOTO

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, “Ford” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını maneəyə çırpıb.

Qəza nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.