Bakı-Quba yolunda avtomobil beton arakəsməyə çırpıldı – VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, minik avtomobili beton arakəsməyə çırpılıb.

Qəza nəticəsində bir nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hazırda təmir işləri aparılır.