Bakı-Quba yolunda baş verən qəzada ölən şəxsin kimliyi açıqlandı – YENİLƏNDİ

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi açıqlanıb.

Yenicag.az xəbər verir ki, hadisə zamanı ölən şəxs 2006-cı il təvəlüdlü Ağayeva Məryəm Maqsud qızıdır.

Xatırladaq ki, bu gün Bakı-Quba yolunun 29-cu kilometrliyində, Ceyranbatan ərazisindən keçən hissədə “NEOPLAN” və “İSUZU” markalı 2 sərnişin avtobusu toqquşub.

***

Avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib.

Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

***

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib,

Yenicag.az xəbər verir ki, iki sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

COP29