!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Quba yolunda dəhşətli qəza

!Reklam – Yazi

img1422546Avqustun 21-də axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, qəza magistralın 63-cü km-də, Xızı rayonunun Stalçay qəsəbəsi ərazisində qeydə alınıb. Xızı rayon sakini, 1987-ci il təvəllüdlü Ruhulla Ağayevin idarə etdiyi “Tofaş” markalı avtomobil aşıb. Nəticədə sürücü R.Ağayev hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, Xızı rayon sakini, 1981-ci il təvəllüdlü İlqar Əliyev isə yüngül xəsarətlər alıb. Xəsarət alan şəxs Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. O, ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal edilir. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

www.yenicag.az

765
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv