Bakı-Quba yolunda iki yük maşını toqquşdu: Ölən və xəsarət alanlar var

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə magistralın Siyəzən rayonu ərazisində qeydə alınıb. Əks istiqamətə çıxan “TIR”la “Ford” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir./Azertag/