Bakı-Quba yolunda ağır qəza

Bakı-Quba yolunda ağır qəza baş verib.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yolun 77-ci kilometrliyində, Siyəzən rayonu ərazisində “Shacman” və “KAMAZ” markalı 3 ədəd yük avtomobili toqquşub.

Qəzada yaralanan “Shacman” markalı avtomobilin sürücüsü Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.