Bakı-Quba yolunda maşın aşdı – Ölən və yaralananlar var

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə avtomagistralın 56-cı kilometrliyində, Yeni Yaşma kəndində qeydə alınıb.

Bakı şəhər sakini Ayaz Kamalovun idarə etdiyi maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sərnişin Bakı şəhər sakini Rəsmiyyə Mirzəyeva dünyasını dəyişib. Maşında olan digər 4 nəfər isə müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar aparılır./APA/