!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Quba yolunda ölümlə nəticələnən qəza baş verib

!Reklam – Yazi

d581b9977e5c7dc6a78e6a1e57ec7632Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 79-cu km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xaçmaz rayon sakini, 1969-cu il təvəllüdlü Əhmədov Şakir Həsənbala oğlunun idarə etdiyi 27 BF 641 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə Quba rayon sakini, 1962-ci il təvəllüdlü Məmmədov Ceyhun Cabur oğlunun idarə etdiyi 90 ER 445 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını toqquşub. Yüksək sürətlə hərəkət edən “Mercedes” arxadan yük maşınına çırpılıb. Qəza nəticəsində “Mercedes”in sərnişinləri – Quba rayon sakinlərii, 1957-ci il təvəllüdlü Minyətova Solmaz Süleyman qızı ölüb, 1993-cü il təvəllüdlü Mehdiyeva Naibə Hüseynağa qızı isə xəsarət alıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət başlanıb.

www.yenicag.az

1308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv