Bakı-Quba yolunda qəza: Ölən var

Bakı-Quba magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə magistralın Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Təxminən 40-45 yaşlı kişini maşın vuraraq öldürüb. Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.