Bakı-Quba yolunda zəncirvari qəza tıxac yaratdı – FOTO

Səhər saatlarında Bakı-Quba yolunda yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, Xırdalan-Masazır dairəsinin üzərindəki körpüdə “Mercedes” markalı avtomobil BMW-yə, digər “Mercedes” isə arxadan ona çırpılıb.

Hər 3 maşına ciddi ziyan dəyib. Hadisə yerinə sığorta və polis işçiləri cəlb olunub.

Qəza nəticəsində yolda tıxac yaranıb. Hazırda DYP əməkdaşları yolda maşınların hərəkətini tənzimləyir./Report/