!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Rostov yolunda qətl - Sevgilisini vəhşicəsinə öldürdü - FOTO

!Reklam – Yazi

Dağıstanda dəhşətli qətl hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, 25 yaşlı gənc sevgilisini daşla başına çırpa-çırpa öldürüb.

Bu barədə Dağıstan İstintaq Komitəsinin məsul işçisi Rəsul Temirbekov məlumat verib. Onun sözlərinə görə, hadisə Bakı-Rostov trasının Xasavyurt şəhərindən keçən hissəsində baş verib.

Belə ki, gənc və sevgilisi taksidə gedərkən mübahisə ediblər. Mübahisə qızışdığından onlar taksidən enməli olublar. Bu zaman gənc qadını yerə yıxan sevgilisi onu təpikləməyə başlayıb. Bununla da ürəyi soyumayan gənc oğlan yolun kənarından tapdığı iri daş parçalarıyla sevgilisinin başına vurmağa başlayıb. Bir neçə zərbədən sonra qadın keçinib.

Artıq qatil tutulub. Onun barəsində “qəsdən adam öldürmə” maddəsiylə cinayət işi açılıb.

 

www.yenicag.az

2421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv