Bakı sakini beşinci mərtəbədən yıxılıb

e03d0d025796bc7d3eb163a8a6d6656dBakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

9-cu mikrorayonda yaşayan 35 yaşlı Cəlilabad rayon sakini Nəsirov Zaur Əli oğlu 5-ci mərtəbədən yıxılaraq ağır bədən xəsarətləri alıb. İlkin məlumata görə, o, antena düzəldərkən diqqətsizlik səbəbindən yıxılıb. Xəsarət alan şəxs dərhal 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb(APA).