Bakı sakini bıçaqlanıb

1378980236_bicaq_022222Bakıda bıçaqlanma hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ramil Şəkilağa oğlu Mayılov naməlum şəxs tərəfindən bıçaqlanıb. R.Mayılov müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində iş aparır(apa).