Bakıda dəmir yolu xəttində ölümlə nəticələnən qəza baş verib.
Yenicag.az-ın məlumatına görə, hadisə sentyabrın 3-də saat 11 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Biləcəri-Keşlə dəmir yolu xətttinin 265-ci kilometrliyində dəmir yolunun piyadalar üçün keçid müəyyən olunmayan hissəsindən keçmək istəyən Hüseynov Allahverdi Mütəllim oğlu Biləcəri Lokomotiv Deposuna məxsus 25-29 saylı elektrovozla vurulub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.
Fakta bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb./Trend/